img

"Yarat... İnkişaf Et... Tövhə Ver..." layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır. 
Layihə idarəçiliyi və mentorluq təlimlərimiz Binəqədi Gənclər evində fevralın 1-dən 4-dək davam edir.
Təlimlər zamanı 25 nəfər gənc layihələrin idarəçiliyi üzrə yeni biliklər əldə edib, fərqli incəsənət alətlərindən istifadə etməklə ekologiya, gənclərin düzgün ixtisas seçimi, anti bullinq, milli dəyərlərin modern üsulda təbliğ olunması və s. mövzularda sosial layihələr hazırlayiblar. Mart ayından başlayaraq gənclər mentorların dəstəyi ilə layihələrin icrasına başlayacaqlar.