img

“Education HUB”ın “Öyrən..İnkişaf et...tətbiq et” sosial sahibkarlıq proqramı çərçivəsində yanvarın 24-ü və 25-də INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində təcrübə klinikası təşkil olunub.
İki gün davam edən təcrübə proqramı çərçivəsində Quba və Xaçmaz rayonlarından olan 16 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar və maliyyə resursları barədə məlumat əldə ediblər.
Təcrübə klinikası zamanı qadınlar İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də müxtəlif bankların nümatəndləri və sosial bizneslə məşğul olan sahibkarlarla görüşüblər.
İqtisadiyyat Nazirliyi Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin nümayəndəsi Ulduz Babayeva nazirliyin qadın sahibkarların fəaliyyətinə yaratdığı dövlət dəstəyi haqda, KOBİA “KOB inkişaf fondları”nın təşkili və koordinasiyası departamentinin müdiri Kamran Babayev isə yeni yaradılacaq inkişaf fondları barədə məlumat veriblər.
Şimal bölgəsindən olan xanlmlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət göstərən start up-ların işi ilə də yaxından tanış olublar.
Tədbirin son günü Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının(AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanda qadın sahibkarların təşkilatlanması, mövcud imkanlar və fürsətlər, üzvlük qaydaları haqda danışıb.

“Ailə Biznesinə Asan Dəstək” (ABAD) modeli barədə qurumun marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova ətraflı məlumat verib. İnteraktiv formatda təşkil olunan təcrübə klinikasında uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan qonaqlar xanımların çoxsaylı suallarını cavablandırıb və öz həyat hekayələrini paylaşıblar.

Qeyd edək ki, “Öyrən..İnkişaf et...tətbiq et” sosial sahibkarlıq proqramı İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Niderland Krallığının ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə Klinikasında fəal iştiraka görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, KOB Azərbaycan / SMB Azerbaijan AccessBank Azerbaijan TuranBank INNOLAND Incubation & Acceleration Center ABAD Embassy of the Netherlands in Azerbaijana təşəkkür edirik.