img

Education Hub-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün "İNKİŞAF ZAMANI" proqramı həyata keçirilir. Proqram çərçivəsində reallaşan "Sabahın seçimi" gənclər təşəbbüsü son illərin ən ağrılı mövzusu olan kriminal həyat tərzinə olan maraqların yaranma səbəblərindən və onların bu maraqlardan uzaqlaşdırılması yollarından bəhs edir. Təşəbbüs zamanı problemin yaranma səbəbləri, habelə yeniyetmələr arasında kriminal həyat tərzinin bir növ "trend"ə çevrilməsi, onların belə həyat tərzi keçirən insanları özlərinə örnək götürməsi və bu nümunəni öz həyatlarına tədbiq etməyə çalışmaqları müzakirə mövzusu olmuşdur.
Təşəbbüs 2 mərhələdən ibarət olub. İlk mərhələdə həbsxana mövzusunda qısametrajlı sənədli film (https://youtu.be/Sci4yDJ0G2g ) çəkilib. Növbəti hissədə Bakı məktəbliləri üçün hüquqi və psixoloji təlimlər keçirilib. Təşəbbüsün reallaşdırılması Milli Hüquq Evi, “Yeni Yol” Gənclərin maarifləndirilməsi İB,Loqos Psixoloji və Nitq mərkəzi, Aran sənədli filmlər studiyası və Sabunçu Gənclər Evi ilə tərəfdaşlıqda baş tutub.