img

"Marsa Güvənmə" təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education Hub-ın təşkilatçılığı ilə "İnkişaf Zamanı" proqramı çərçivəsində həyata keçirilib.
Cari ilin oktyab-noyabr aylarında gerçəkləşən təşəbbüs sağlam həyat uğrunda ətraf mühitin tullantılarla çirklənməsinin azaltmaq məqsədilə insanlara şüuraltı təsir edə bilmək üçün incəsənət vasitələrindən (bir cümlə atışı, videoçarx, poster) istifadə etməklə tullantıların ətraf mühitə vurduğu problemlərin maarifləndirmə üsulu ilə qarşısını almaqdan ibarət olub.
2 mərhələdən ibarət olan layihənin ilk mərhələsində ekoloji çirkləndirmə ilə bağlı 20 cümlə atışının yer aldığı videoçarx hazırlanıb, 2-ci mərhəsində isə həmin cümlə atışları posterdə çap olunaraq Bakı və Xırdalan şəhərinin tullantılardan çirklənən ərazilərində paylanıb.
"Marsa Güvənmə" sosial çarxı - https://youtu.be/JKQHQjDDBXk Bakının müxtəlif universitetlərində təhsil alan tələbələr və tanınmış aktyor Taleh Yüzbəyov tərəfindən ərsəyə gətirilib.