img

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Quba ASAN xidmətində 18-29 yaş aralığında olan qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” adlı proqrama start verilib. Noyabr - dekabr aylarında davam edəcək proqramın üçüncü həftəsi tanınmış beynəlxalq təlimçi, marketoloq Seymur Quliyev tərəfindən keçirilib. Təlim zamanı Quba-Xaçmaz bölgəsindən olan xanımlar Biznesin əsas marketinq konsepsiyaları, Brend və brendinq prosesi, E-marketinq və Dijital Marketinq alətləri haqda məlumat əldə ediblər. Həftə sonları davam edəcək sessiyalar zamanı xanımlar yeni sosial biznes ideyaları hazırlayacaqlar. Qalib komandalara 3 ay müddətinə peşəkar mentorlar tərəfindən fərdi və onlayn məsləhətlər veriləcək, sosial biznes layihələrinə dəstək göstəriləcəkdir.

Proqram ASAN Xidmət, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə həyata keçirilir. Xanımlar üçün keçirilən ödənişsiz sosial sahibkarlıq proqramı Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə icra olunur.