img

Dekabrın 27-də Xəzər Gənclər Evində Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan «Yarat... İnkişaf Et... Töhfə Ver...» layihəsinin məlumatlandırma sessiyası baş tutub. «Yarat... İnkişaf Et... Tövhə Ver...» layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır. Layihə zamanı Xəzər rayonu Gənclər Evi vasitəsilə ərazidə yaşayan 25 nəfər gənc üçün 2 mərhələli sosial layihələrin idarəçiliyi, mentorluq təlimləri keçiriləcək. Təlimləri bitirən gənclər öz icmalarda kiçik təşəbbüsləri reallaşdıracaq, eləcə də 3 ay müddətinə mentorlardan fərdi və onlayn konsultasiya, İctimai Forumda iştirak imkanları əldə edəcəklər.
Məlumatlandırma sessiyası zaman Layihə Koordinatoru Gülnarə İsmailova layihənin mərhələləri, seçim meyarları haqda iştirakçılara ətraflı məlumat verib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə «Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü» proqramını həyata keçirir.