img

Education HUB sosial məsuliyyətli və davamlığa əsaslanan təşəbbüslər vasitəsilə Azərbaycan cəmiyyətinə yeniliklər gətirən insanları birləşdirən innovativ bir platformadır. Biz birbaşa təsir gücünə malik vasitələr kimi təhsil və sosial sahibkarlığa əsaslanan innovativ yanaşma yolunu seçmişik. Buraya insanların öz bacarıqlarını üzə çıxara biləcək müxtəlif sahələr daxildir.

Education HUB insanların daha yaradıcı, effektiv olması üçün bütün lazımi infrastrukturu və məzmunu təmin etmək, bu sahədə faydalı tədbirlər, müxtəlif peşəkarlarla görüşlər təşkil edərək formal təhsildə tam əhatə oluna bilməyən ehtiyacları təmin etmək məqsədi ilə yaradılıb. Nəticə olaraq əsas hədəfimiz həm nəzəri, həm də praktiki biliklər baxımından fərdlərin inkişafına nail olmaqdır.

Uzunmüddətli məqsədimiz cəmiyyət üzvlərinin, əsasən də gənclərin öz əhatələrindəki sosial problemləri üzə çıxararaq qərarvermə prosesində aktiv iştirak etmələri üçün lazımi bacarıqlara yiyələnmərinə kömək etməkdir. “EduHUB” olaraq yanaşmamız ona görə fərqlidir ki, biz hədəf qruplarımızın fərdi istəklərini nəzərə alır və ayrı-ayrılıqda hər bir fərdin şəxsi inkişafına önəm veririk.

EduHUB öyrənmə, şəbəkələşmə və əməkdaşlıq üçün imkanlar yaradan bir platformadır. Hazırda EduHUB əsasən iki istiqamətdə fəaliyyət göstərir: qeyri formal təhsilə əsaslanan innovativ layihələrin həyata keçirilməsi; regionlarda yaşayan gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması.

Əsas fərqləndirici xüsusiyyətimiz formal və qeyri-formal təhsil formalarının uğurlu bir formatda kombinə edilməsidir.