Sosial Sahibkarlıq proqramına qəbul başlayıb

Sosial Sahibkarlıq proqramına qəbul başlayıb

Sosial Sahibkarlıq proqramına qəbul başlayıb
  • 26 Yanvar-17:14

Əgər sən də Quba, İsmayıllı, Lerik rayonlarında yaşayırsan və sosial sahibkarlığa başlamaq istəyirsənsə, bu layihə sənin üçündür! 

Layihənin keçirilməsində əsas məqsəd 18-29 yaşarası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarının artırılmasıdır.

Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər 4 fazaya bölünüb:

 - I faza - Ehtiyacların qiymətləndirilməsi məqsədilə onlayn və oflayn qaydada sorğuların keçirilməsi;
 - II faza - Seçilmiş gənclərə gender bərabərliyi və qadın hüquqları mövzusunda 4 günlük marifləndirmə təlimləri keçirilməsi;
 - III faza - Sosial sahibkarlıq mövzusunda bacarıqların inkişaf etdirilməsi məqsədilə 4 günlük təlim sessiyası təşkili;
 - IV faza - Mentorluq fəaliyyəti və 9 gəncə sosial sahibkarlıq istiqamətində resurs dəstəyinin göstərilməsi.

Məlumat üçün qeyd edək ki, “Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsi "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional tərəfdaşlığı ilə həyata keçirilir.

Qeydiyyat linki: https://forms.gle/Kc5vkhrHcpkj2BK88
Son müraciət tarixi: 1 fevral 2022-ci il