SOSİAL SAHİBKARLIQ MODELLƏRİ

SOSİAL SAHİBKARLIQ MODELLƏRİ

SOSİAL SAHİBKARLIQ MODELLƏRİ
  • 30 Avqust-18:47

Sosial sahibkarlığın inkişafına təkan verən ictimai və ekologiya problemlərin həllində fədakarlıqdan əlavə mühit də çox böyük rol oynayır. Normativ mühitin əlverişli olmaması halda sosial sahibkarlığın məqsədlərinə çatmaqda baryerlər yaranır. Bu halların qarşısının alınması üçün tənzimləmələr irəli sürüldükdə sosial sahibkarlığı ənənəvi sahibkarlıqdan fərqləndirən aspektləri nəzərə almaq lazımdır.

Niyə sosial sahibkarlığa əlverişli siyasətlər yürüdülməlidir. Adı yuxarıda çəkilən ictimai və ətraf mühit problemlərindən əlavə sosial sahibkarlıq həmçinin inklüziv inkişafa, sosial vəhdətə, sosial kapitalın formalaşmasına, demokratik inkişafın dəstəyinə və keyfiyyətli xidmətlər göstərilməsinə köməklik göstərir. İqtisadi və maliyyə böhranları zamanı sosial sahibkarlıq subyektləri daha dözümlü olular və vəziyyətdən daha tez çıxmağa meyilli olurlar.

Bəs sosial sahibkarların işini necə rahatlaşdırmaq olar?

Bu yolda atılan ilk addımlardan biri sosial sahibkarlıq məfhumuna anlayış verilməsi və onun hüquqi müstəviyə gətirilməsi və hüquqi statusunun bərqərar olması ola bilər. Müxtəlif yurisdiksiyalarda bu təşkilati struktur məsələsinə 3 həll yolu formalaşıb:

  • Kooperativ model
  • Kompaniya model
  • Açıq forma modeli

Kooperativlər kommersiya şirkətləri kimi mənfəət yönümlü olmasından əlavə həmçinin üzvlüyə əsaslanır. Açıq forma modeli isə sosial sahibkarlıq fəaliyyətinin heç bir yarlıqlar qoymadan tənzimlənməsi nəzərdə tutulur, hal-hazırda İtaliyada və Finlandiyada bu sistem keçərlidir.

Bu hüquqi formalar özündə çoxsaylı səhmdarları, ictimai hesabatlığı, (asset lock), qeyri-kommersiya əsası özündə ehtiva etməlidir.

İkinci məsələ vergi və digər imtiyazlar sisteminin yaradılmasıdır. Nəzərə alsaq ki, sosial sahibkarlıqda mənfəətin böyük bir hissəsi səhmdarlara dividendlər deyil, qarşıya qoyulmuş məqsədlərin çatılmasına yönəlmiş yenidən sərmayə üçün yönəlib. Odur ki, kommersiya şirkətlərinə tətbiq edilən rastaçıxan vergi qanunvericiliyi tətbiq olunduqda, sosial sahibkarlığın mənfəətliyi və nəticədə effektivliyi aşağı səviyyəyə düşər.

Üçüncü hal qrant, ianə və maliyyə yardımları sisteminin sosial sahibkarların ehtiyacı üçün əlçatan edilməsidir. Sosial sahibkarlıq çətir məfhum olduğuna görə özündə fərqli yanaşmaları birləşdirir. Bu səbəbdən sosial sahibkarlaq öz fəaliyyətini qeyri-kommersiya təşkilatı kimi rəsmiləşdirir.

Dördüncü məsələ sosial sahibkarlar üçün borc və kredit imkanlarının daha yetərli edilməsidir. Bu siyasət də sosial sahibkarlığın birmənalı gəlirlərin çoxaldılmasına yönəlmədəyinə görə maliyyə imkanlarının genişləndirilməsi vacib əhəmiyyət daşıyır. Ənənəvi bank sistemi sosial sahibkarlığın qayəsini anlamaqda çətinlik çəkir və bu səbəbdən subyektlərə maliyyə ayırıb borc riskinə düşmək istəmir. Bu səbəbdən maliyyə mühitinin dəyişdirilməsi və kraudfandinq, vençur xeyriyyəçiliyi, mələk sərmayəçi (angel investor) kimi alternativ maliyyə alətlərinin inkişaf etdirilməsi məqsədəuyğundur.

Sosial sahibkarlıq subyektləri hüquqi və tənzimləmə, maliyyə mənbələri, bazarlara çıxış, sahibkarlığa dəstək və iş qüvvəsinin inkişafı sahələrində çətinliklərlə üzləşirlər.

Sosial sahibkarlıq mədəniyyətinin təsis edilməsi və sosial sahibkarlığa müsbət yanaşmanın aşılanması tənzimləmə çərçivəsinin qurulmasında böyük əhəmiyyətə malikdir. Ölkəmizin spesifikasını və keçdiyi tarixi yolu nəzərə alaraq, mühitdə sahibkarlıq subyektlərinə olan skepsis anlaşılandır; bir çoxlarına ictimai əhəmiyyət daşıyan problemlərin bazar metodları ilə həlli ürəkaçan gəlmir. Məhz buna görə də sosial sahibkarlığın əlverişli imici yaradılması zəruridir.

Sosial sahibkarlığın inkişaf etdirilməsi ictimai və ətraf mühit problemlərinin həll edilməsində yükün mühim bir hissəsinin dövlətdən alaraq, öz üzərinə götürür. Nəticədə problemlərin həll edilməsi sahəsində rəqabət formalaşaraq irəli sürülən təkliflərin kəmiyyət və keyfiyyətinin artmasına səbəb olur.

Sosial sahibkarlığın dayanıqlı olması üçün əsas addımlardan biri subyektlərin fəaliyyətini tənzimləyən dövlətin orqanının yaradılmısıdır. Ənənəvi sahibkarlıq fəaliyyətindən fərqli olaraq, sahibkar seçimi qaydasını (business judgement rule) sosial sahibkarlıq fəaliyyətinə tətbiq olunmur. Bu prezumpsiyaya əsasən, əgər idarəçilik orqanlarının əməlləri şirkətin kommersiya maraqlarını aşılamağa yönəlibsə və bu yolda şirkət maliyyə itkiləri ilə üzləşirsə, idarəçilik bu əməlinə görə məsuliyyətə cəlb edilə bilməz. Sosial sahibkarlıqda isə sərmayə və mənfəətin sahibkarlığın fəaliyyəti məqsədləri ilə yenidən yatırılmasına nəzarət edilməsi ictimai əhəmiyyətli məqsədlərə effektiv çatmasına xidmət etməlidir. Bu məqsədlə müvafiq hesabatların təqdim ediləcəyi icra orqanları yaradılmalıdır.

Kənan Qayibov

Education HUB “Sosial Sahibkarlıq Proqramı” çərçivəsində hazırlanıb