img
Bakıda qadınlar üçün məşhur kafe necə yarandı? – SOSİAL SAHİBKARLIQ

2018-ci lin lap əvvəlində dostu ilə birlikdə idarə etdiyi SMM fəaliyyəti ilə məşğul olan müəssisənin yerləşdiyi ofisin kirayələnməsində gözlənilməz problemlər yaranır.

Baş verən çətinliklərin gətirdiyi mənfi təsirlər təbii olaraq əməkdaşlıq etdiyi müştərilərdən də yan keçmir, yaranmış maliyyə problemləri səbəbindən kadr dəyişikliyi baş verir və işi tərk etməli olur.

Məyusluğa, bədbinliyə qapılmadan yaranmış çətinliklərdən mümkün çıxış yolları axtarılır, mübarizə aparılır və düşünülən potensial ideyalardan biri fərqli konsepsiyalı, sırf xanımlara xidmət edəcək kafenin yaradılması olur.

Bəlkə də il qədəmlərini qoyanda Taleh Şirinovun ağlına belə gəlməzdi ki, yaranacaq çətinliklərə görə öz komfort zonasından uzaqlaşıb başqa bir sahənin arxasınca getməli, ən əsası belə bir sahənin mövcudluğundan xəbərdar olmadan cəmiyyətə töhfə verən yenilikçi Sosial Sahibkarlıq layihəsinin təməlini qoymuş olacaq.

Bir çox sahibkarlarda olduğu kimi, görünür Taleh Şirinovu da həyatın gətirdiyi çətinliklər sosial dəyəri olan layihənin yaradılışı üçün hazırlayırmış. Bunu əsas kimi götürsək, istənilən çətin situasiyalarda gərək özümüzə durmadan xatırlatma edək: vəziyyəti düzgün qiymətləndirmək, onları lazım olduqca yaxşı mənada hətta fürsət kimi dəyərləndirməklə istənilən düşünülən ideyanı fiziki formaya gətirərək reallaşdıra bilərik.

Və beləlilkə, 2018-ci ilin əvvəlində cərəyan edən ani dəyişikliklər həmin ilin artıq sentyabrın ayının 15-də Fransız üslüblu "Oh La La" adlı kafenin açılışı ilə sonlanır.

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən "Oh La La" Kafesi həm də atelye-butik, təlimlərin keçirildiyi yer olaraq xanımların asudə vaxtının, istirahətinin təşkilinə öz töhfəsini verməklə yanaşı, bilavasitə maariflənmə və xanımların şəbəkələşməsinə dəstək  mərkəzinə çevrilib.

Kafedə müxtəlif mövzularda, motivasiya, özünü-inkişaf yönümlü layihələr keçirməklə xanımların şəxsi inkişaf, maariflənmə məqsədlərinə çatmaq yolunda onlara dəstək olunur.

Sosial Sahibkarlıq müəssisəsi kimi cəmiyyətə gətirdiyi başqa bir dəyər isə müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların öz əl işlərini burada satış məqsədilə sərgiləyib təqdim edə bilmələrinə də şərait yaradılır. Məkanda eyni zamanda social sahibkarların şəbəkə görüşünə də ev sahibliyi edib.

Taleh Şirinov deyir ki "Elə insanlar var ki, bu sahədədirlər, maliyyə qazanmaqla bərabər cəmiyyətə  faydada töhfələri olur. Lakin onlar bunun Sosial Sahibkarlıq olduğunu bilmirlər. Maariflənməyə diqqət ayrılarsa agahlılıq, fərqindəlik sayəsində, onların mövcud olan resurslara əlçatanlığını təmin etməklə öz sosial biznes layihəsinin fərqli tərəflərini kəşf edib, təkmilləşdirib daha müsbət dəyişikliklərə doğru irəliləmək

mümkündür" - deyə müsahibimiz maariflənmənin həyatımızda açar rolu oynadığını vurğulayır.

Ərşad Məmmədov, Arzu Ismayılova

Education HUB

Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur."